Türkmənistan Prezidentlinin Növruz bayramı münasibətilə İrana hədiyyə göndərdiyi 1000 ton un İran-Türkmənistan sərhədində yerləşən Məhşəd şəhərində təhvil verilib.
Trend-in IRNA agentliyinə istinadən məlumatına əsasən, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun İrana göndərdiyi 15 vaqonda daşınan un ölkəyə çatıb.
Martın 19-da Berdiməhəmmədovun Novruz bayramı münasibətilə Əfqanıstan və İrana un hədiyyəsi vaqonlarla Aşqabaddan bu ölkələrə göndərilmişdi.