...

İranda təlim zamanı təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 22 Aprel 2011 17:12 (UTC +04:00)
Cümə axşamı İranın Qəzvin şəhəri yaxınlığında İbrahimabad kəndi yaxınlığında dördnəfərlik təlim təyyarəsi qəzaya uğrayıb.
İranda təlim zamanı təyyarə qəzaya uğrayıb

Cümə axşamı İranın Qəzvin şəhəri yaxınlığında İbrahimabad kəndi yaxınlığında dördnəfərlik təlim təyyarəsi qəzaya uğrayıb. Bu barədə Trend İranın IRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, qəzaya uğramış təlim təyyarəsində iki sərnişin olub. Onlar yaralanıb və Qəzvinin Şəhid Rəcayi xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Kərəc şəhərindən Qəzvin istiqamətinə hərəkət edərkən pilotun naşılığı ucbatından qəzaya uğramış təyyarə "Piper" tipli təlim təyyarəsi olub.

Cari ilin fevral ayında da İranın İsfahan şəhərindən Tehrana uçan təlim təyyarəsi Qəzvin şəhərinin Mehdiabad kəndi yaxınlığında qəzaya uğramışdı. Təyyarənin hər iki pilotu qəzadan öncə təyyarəni tərk edə bilmişdi.

Xəbər lenti

Xəbər lenti