...

Buşəhr AES-in reaktoruna nüvə yanacağı yerləşdirilib

Dünya xəbərləri Materials 9 May 2011 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend/

İranın "Buşəhr" atom elektrik stansiyasının reaktoruna nüvə yanacağının yerləşdirilməsi başa çatıb. Bu barədə Trend İranın FARS agentliyinə istinadən məlumat verir.

Stansiya mayın 8-də işə salınsa da, iki aydan sonra enerjisi şəbəkəsinə qoşulması planlaşdırılır.

"Buşəhr" AES ildə 1000 meqavat enerji istehsal edəcək.

Bundan əvvəl - 2010-cu ilin oktyabr ayında da rusiyalı mütəxəssislər "Buşəhr"in uran yanacağını yerləşdirmişdilər. Lakin İran bu il fevral ayının sonlarında "Buşəhr" stansiyasının reaktoruna yerləşdirilən uran yanacağını çıxarmışdı. İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Sultaniyyə uran yanacağının "Buşəhr" AES-in tikinti işlərini həyata keçirən Rusiya tərəfinin istəyi ilə çıxarıldığını deyib. "Stansiyanın reaktorundan uran yanacağının çıxarılması Rusiya tərəfinin istəyi ilə, bəzi texniki testlərin həyata keçirilməsi məqsədilə həyata keçirilib", - Sultaniyyə demişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst yanacağın çıxarılmasını reaktorda soyuducu kapsulların birinin sınması ilə əlaqələndirmişdi.

Bu stansiyanın tikintisini 1995-ci ildə Tehranda İran və Rusiya arasında imzalanmış müqaviləyə əsasən, Rusiyanın "Atomstroyeksport" şirkəti aparır. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. "Buşəhr" nüvə stansiyasında işlər 1999-cu il yanvarın 8-nə kimi tamamlanmalı idi.

Xəbər lenti

Xəbər lenti