...

Türkiyə öz vətəndaşlarının Gürcüstandakı həbsxanalardan azad olunmasını xahiş edir

Dünya xəbərləri Materials 24 Avqust 2011 12:55 (UTC +04:00)
Türkiyənin "Zərərgörmüş Ailələr Dərnəyi" ("Mağdur Aileleri Derneği") Baş nazir Rəcəb Tayyib Ərdoğanı öz ölkəsinin vətəndaşlarının Gürcüstandakı həbsxanalardan azad olunması üçün tədbirlər görməyə çağırır.
Türkiyə öz vətəndaşlarının Gürcüstandakı həbsxanalardan azad olunmasını xahiş edir

Gürcüstan, Tbilisi, 24 avqust /Trend, müxbir N.Kirsxaliya/

Türkiyənin "Zərərgörmüş Ailələr Dərnəyi" ("Mağdur Aileleri Derneği") Baş nazir Rəcəb Tayyib Ərdoğanı öz ölkəsinin vətəndaşlarının Gürcüstandakı həbsxanalardan azad olunması üçün tədbirlər görməyə çağırır. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın "Azad söz" qəzeti yazır.

"Gürcüstanda həbs olunan türklərin 90 faizi qanunsuz mühakimə olunub. Onların əksəriyyəti korrupsiyada ittiham olunurlar və həbsdə dözülməz şəraitdə saxlanılırlar", - Dərnəyin sədri Nuriyə Kaputoğlu Trabzonda keçirilən mətbuat konfransında bəyan edib.

Nümunə kimi o, Patsi şəhərinin sakini Serdal Qoksu göstərib. Qoks əmisi oğlu ilə birgə Gürcüstanda rüşvət verməkdə ittiham olunaraq həbs cəzası çəkir.

"Oğlum orduda xidmətdən sonra Gürcüstanda mühəndis işləməyə başlayıb. Onu rüşvət verməkdə günahlandırıblar. Məhkəmədə şahidlər ələ alınıblar, onu 2-3 milyon dollar cərimə ediblər, şəxsi şirkətini müsadirə ediblər. Ona beş il, əmisi oğluna isə 12 il iş veriblər. Və bunlar hamısı onların günahlarını etiraf etmədiklərinə görədir", - mətbuat konfransında Serdal Qoksun atası bildirib.

Dərnəyin məlumatına görə, hazırda Gürcüstan həbsxanalarında 31 Türkiyə vətəndaşı cəza çəkir. 17 nəfər iki ölkə arasındakı razılaşmaya əsasən, may ayında azad edilib. Elə həmin ay Türkiyənin Baş naziri digər məhkumların qohumlarına onların azad olunmasına kömək edəcəyini vəd edib.

Dərnək Gürcüstan Prezidenti Mixail Saakaşviliyə də bu məsələ üzrə müsbət qərar qəbul etməsi ilə bağlı müraciət edib.

Xəbər lenti

Xəbər lenti