Azərbaycan, Bakı, 27 avqust /Trend/
Şənbə günü səhər İranın Buşəhr əyalətinin Vəhdətiyyə şəhərində 4,2 maqnitudalı zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 07:25-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.