...

İsrail "ərköyün oğlan uşağı" rolunu oynayır - Ərdoğan

Dünya xəbərləri Materials 6 Sentyabr 2011 16:17 (UTC +04:00)
Türkiyədən üzr istəmək məsələsində İsrailin tərsliyi göstərir ki, İsrail hələ də "ərköyün oğlan uşağı" rolunu oynayır.
İsrail "ərköyün oğlan uşağı" rolunu oynayır - Ərdoğan

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Türkiyədən üzr istəmək məsələsində İsrailin tərsliyi göstərir ki, İsrail hələ də "ərköyün oğlan uşağı" rolunu oynayır. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı "Sabah" qəzeti yayıb.

Ərdoğan onu da bildirib ki, Türkiyə hökuməti İsrailə münasibətdə "S" planı hazırlayır.

"Bizim İsrailə münasibətdə addığımız bütün addımlar "B" planı idi. İndi isə "S" planı hazırlanır", - Baş nazir deyib.

Sentyabrın 2-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər ikinci dərəcəli səviyyəyə keçib. Bundan əlavə, Ankara Təl-Əvivlə hərbi əməkdaşlığı dayandırıb.

Nazir deyib ki, Ankara öz səfirini Təl-Əvivdən geri çağırıb. Davudoğlu onu da bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Təl-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq.

Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq gedən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.

Ötən ilin dekabrında Türkiyənin İsrailə 41 nəfərin həyatına son qoyan və ölkə tarixində ən iri meşə yanğınları ilə mübarizə aparmaq üçün iki təyyarə göndərməsi zamanı ikitərəfli münasibətlərin bərpa olunacağına ümid yaranmışdı. Lakin az sonra Türkiyənin rəsmi şəxsləri bəyan etmişdi ki, Ankara İsraillə münasibətləri yalnız onun rəsmən üzr istəməsindən sonra bərpa edəcək. Təl-Əviv isə buna rədd cavabı vermişdi.

Xəbər lenti

Xəbər lenti