Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqasi Abramyanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə sentyabrın 6-da saxlanılmış iki zabit barədə məhkəmə həbs qətimkan tədbiri seçib. Trend-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Həbs olunan zabitlərə Cinayət Məcəlləsinin 375-ci maddəsinin I hissəsi ilə (hakimiyyətdən sui-istifadə) ittiham irəli sürülüb.
Ermənistan ordusunun əsgəri 19 yaşlı Aqasi Abramyan huşsuz vəziyyətdə gətirildiyi hərbi xəstəxanada avqustun 26-da dünyasını dəyişib. Bundan əvvəl bu işlə bağlı bir əsgər və bir zabit həbs olunub.
Bundan əlavə, digər əsgər Ayk Mkrtçyanın vəfatı ilə bağlı açılmış cinayət işi üzrə son üç gün ərzində aparılmış əməliyyat tədbirləri nəticəsində əsgər Lendruş Nazluxanyana CM-nin 104-cü maddəsinin I hissəsi (qətl) ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət məhkəməyə göndərilib.
Mkrtçyan sentyabrın 6-da əsgər yoldaşı ilə mübahisə zəminində güllə yarasından həyatını dəyişib.