Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir A.Tağıyeva/
2006-cı ildən HƏMAS hərəkatının əsirliyində olan İsrail kapralı Gilad Şalit gələn çərşənbəyə qədər Misirdən İsrailə qayıda biləcək. Bu barədə Trend cümə axşamı "əl-Əhram" qəzetinə istinadən məlumat verir.
Qəzet Fələstin rəsmilərinə istinadən xəbər verir ki, gələn çərşənbə axşamı 450-dən çox fələstinli məhbus azad ediləcək.
İsrail hökuməti ilə HƏMAS hərəkatı arasında Qəzza sektorunda Gilad Şalitin İsrail həbsxanalarında saxlanılan min fələstinli əsirlə dəyişdirilməsi barədə razılaşma əldə olunub.
Etirazlara baxmayaraq, İsrail parlamentinin 29 üzvündən 26-sı əsirlərin dəyişdirilməsinin lehinə səs verib.