Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/
İranın şərqində, Knaf zonasında "Şəhidlərin vəhdəti" şərti adı altında hərbi təlimlərin vacib mərhələsi başlayıb. Bu barədə bazar ertəsi Trend FARS agentliyinə istinadən məlumat verir.
Təlimləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Məhəmməd Əli Cəfəri və İranın digər yüksəkrütbəli hərbiçiləri müşahidə edirlər.
"Quru qoşunları İranın şərq sərhədlərinin müdafiəsi və regionda təhlükəsizlik üzrə fəaliyyəti məşq edirlər" , - İİKK-nın quru qoşunlarının komandanı Məhəmməd Pakpour deyib.
İİKK-nın quru qoşunlarının təlimləri ötən şənbə başlayıb.