...

Fransanın Türkiyə ilə yaxşı münasibətlərin saxlanmasına ehtiyacı var - XİN

Dünya xəbərləri Materials 24 Yanvar 2012 14:22 (UTC +04:00)
Türkiyə-Fransa münasibətləri qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulu səbəbindən korlanmamalıdır, belə ki, Fransanın Türkiyəyə vacib tərəfdaş kimi ehtiyacı var.
Fransanın Türkiyə ilə yaxşı münasibətlərin saxlanmasına ehtiyacı var - XİN

Azərbaycan, Bakı, 24 yanvar /Trend müxbir A.Tağıyeva/

Türkiyə-Fransa münasibətləri qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulu səbəbindən korlanmamalıdır, belə ki, Fransanın Türkiyəyə vacib tərəfdaş kimi ehtiyacı var. Trend-in CNN-nə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Fransanın xarici işlər naziri Alen Jüppen ölkənin "Canal plus" telekanalına müsahibəsində deyib.

"Türkiyə Fransanın çox vacib tərəfdaşıdır. Türkiyədə çoxsaylı Fransa şirkətləri fəaliyyət göstərir. Buna görə də bu münasibətlər əvvəlki səviyyədə inkişaf etməlidir", - Jüppen bildirib.

Nazir, həmçinin Türkiyəni bu prosesdə təmkinli olmağa və addım atarkən iki ölkənin iqtisadi münasibətlərinin inkişafını nəzərə almağa çağırıb.

Bu gün Türkiyənin Fransaya qarşı yeni sanksiyalarının siyahısının açıqlanacağı gözlənilir.

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti