...

İran kiber-ordu yaradacaq

Dünya xəbərləri Materials 21 Fevral 2012 12:03 (UTC +04:00)
İranın Mülki Müdafiə İdarəsinin rəhbəri Qulam Rza Cəlali mənzil-qərargahda kibernetik müdafiənin uğurla tətbiqindən sonra İranın ilk kibernetik ordusunun yaradılması planlarını açıqlayıb.
İran kiber-ordu yaradacaq

Azərbaycan, Bakı, 21 fevral / Trend, müxbir E.Tariverdiyeva /

İranın Mülki Müdafiə İdarəsinin rəhbəri Qulam Rza Cəlali mənzil-qərargahda kibernetik müdafiənin uğurla tətbiqindən sonra İranın ilk kibernetik ordusunun yaradılması planlarını açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Press TV xəbər verir.

"ABŞ kiber-müdafiə infrastrukturunu gücləndirərək öz ordusunu ixtisar edir. İran kimi ölkələrə də özünün kiber-müdafiə qərargahını yaratmaq və modernləşdirmək, hətta kiber-ordu yaratmaq vacibdir", - briqada generalı Qulam Rza Cəlali kibermüdafiə məsələləri üzrə ilk milli konfransın sonuncu günü Press TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İran son iki il ərzində kiber-hücumlara məruz qalmış ilk ölkələrdən biri olub.

General hesab edir ki, həmin hücumların edildiyi obyektlər "sağ qala" biliblər. "Deməli, çətinliklərə baxmayaraq, İran xeyli dərəcədə həmin hücumların nəticələrindən sığortalanıb", - o deyib.

İran kiber-müdafiə qərargahını dörd ay bundan əvvəl işə salıb. Onun əsas vəzifəsi İranın nüvə qurğuları, elektrik stansiyaları, informasiya mərkəzləri və bankların təhlükəsizlik şəbəkələrinə kompyuter viruslarının hücumlarının, məlumatlara daxil olunması və oğurlanmasının qarşısının alınmasıdır.

Xəbər lenti

Xəbər lenti