Azərbaycan,Bakı, 30 mart / Trend, müxbir A.Tağıyeva /
Bu gün səhər İstanbuldakı kafelərdən birində güclü partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü CNN Turk xəbər verib.
İlkin məlumata görə, partlayış nəticəsində iki qadın həlak olub, daha bir nəfər isə ağır yaralanıb. Partlayışdan sonra kafedə baş verən yanğın yaxınlıqda dayanan avtomobillərə keçib.