...

Türkyədə Suriyaya dəstək aksiyası keçirilib

Dünya xəbərləri Materials 1 Aprel 2012 15:17 (UTC +04:00)
Bu gün Türkiyənin İstanbul şəhərində bir qrup suriyalı ölkələrinə dəstək aksiyası keçirib.
Türkyədə Suriyaya dəstək aksiyası keçirilib

Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir R.Hafizoğlu/

Bu gün Türkiyənin İstanbul şəhərində bir qrup suriyalı ölkələrinə dəstək aksiyası keçirib. Trend in məlumatına görə, bu haqda Türkiyənin TRT Haber telekanalı məlumat verib. Askiyada 300 dən çox suriyalı iştirak edib.

Bu gün Türkiyənin İstanbul şəhərində "Suriyanın dostları" konfransı keçirilir.

Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

BMT nin verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən etibarən ölənlərin sayı 9 min nəfəri keçib, 200 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıblar.

Xəbər lenti

Xəbər lenti