...

Cəmil Çiçək: Türkiyə Avropa İttifaqı ilə əlaqələrini dondura bilər

Dünya xəbərləri Materials 6 Aprel 2012 13:57 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çikək Ankaranın Avropa İttifaqı ilə əlaqələrini dondura biləcəyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Cəmil Çiçək: Türkiyə Avropa İttifaqı ilə əlaqələrini dondura bilər

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir A.Tağıyeva/

Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çikək Ankaranın Avropa İttifaqı ilə əlaqələrini dondura biləcəyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.

"Aİ-nin rotasiyalı prezidentliyi Kiprə verilsə, Ankara Aİ ilə əlaqələrini dondura bilər", - Çiçək bildirib.

İyulun 1-dən etibarən Aİ-nin rotasiyalı prezidentliyinin Cənubi Kiprə verilməsi gözlənilir.

Türkiyə ilə Aİ arasındakı əlaqələr 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Aİ 2002-ci ildə müəyyənləşdirdiyi Kopenhagen meyarlarının Türkiyənin üzvlüyü üçün əsas olduğunu bildirmişdi. Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib. 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı tərəflər rəsmi müzakirələrə başlayıb.

Xəbər lenti

Xəbər lenti