...

Tariq əl-Haşimi İraqa təhvil verilməyəcək

Siyasət Materials 16 Mart 2012 11:57 (UTC +04:00)
İraqın Şimalındakı kürd administrasiyasının rəhbəri Məsud Bərzani bu gün verdiyi açıqlamada sabiq vitse-prezident Tariq əl-Haşiminin İraq hökumətinə təhvil verilməyəcəyini bildirib.
Tariq əl-Haşimi İraqa təhvil verilməyəcək

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir R.Hafizoğlu/

İraqın Şimalındakı kürd administrasiyasının rəhbəri Məsud Bərzani bu gün verdiyi açıqlamada sabiq vitse-prezident Tariq əl-Haşiminin İraq hökumətinə təhvil verilməyəcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib.

"Tariq əl-Haşimi İraq mərkəzi hökumətinə təhvil verilməyəcək. Bundan əlavə, Haşiminin İraqın hüdudları kənarında məhkəməyə çıxarılması da yol verilməzdir", - Bərzanı bildirib.

Onun sözlərinə görə, kürd administrasiyasından sığınacaq almış şəxsin qarşı tərəfə təhvil verilməsi qeyri-etikdir.

Keçən ilin dekabr ayında İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşiminin həbsinə order verilib. Haşimi "terror fəaliyyətində" əli olmaqda şübhəli bilinir.

Xəbər lenti

Xəbər lenti