...

Gürcüstan polisinin vitse-polkovniki rüşvətə görə həbs edilib

Dünya xəbərləri Materials 10 Aprel 2012 15:24 (UTC +04:00)
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Müfəttişliyi korrupsiya faktı üzrə yüksəkrütbəli polis əməkdaşını həbs etib.
Gürcüstan polisinin vitse-polkovniki rüşvətə görə həbs edilib

Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Müfəttişliyi korrupsiya faktı üzrə yüksəkrütbəli polis əməkdaşını həbs etib.

Trend-in məlumatına görə, Gürcüstan DİN-dən bildirilib ki, Tbilisi Baş Polis İdarəsinin Kadrlar və mütəşəkkil təminat idarəsinin rəis müavini, vitse-polkovnik David Rexviaşvili 60 min lari (təqribən 37 min dollar) alması faktı üzrə saxlanılıb.

O bu məbləği "İndustriya-2" MMC-dən rüşvət şəklində alıb. Buna səbəb şirkətin DİN-in qarajının tikintisi üzrə tenderin qalibi elan edilməsi olub.

Saxlanılan şəxs günahını etiraf edib. Əgər məhkəmədə onun günahı təsdiq edilsə, vitse-polkovniki 15 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti