...

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 Aprel 2012 14:29 (UTC +04:00)
İndoneziyanın Sumatra adasının şimal hissəsinin sahillərində 8,7 bal gücündə yeraltı təkan olub. Bu barədə çərşənbə günü Trend "İnterfaks"a istinadən məlumat verir.
İndoneziya sahillərində güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

İndoneziyanın Sumatra adasının şimal hissəsinin sahillərində 8,7 bal gücündə yeraltı təkan olub. Bu barədə çərşənbə günü Trend "İnterfaks"a istinadən məlumat verir.

ABŞ Geologiya Xidmətinin məlumatına əsasən, zəlzələnin episentri Açex əyalətinin paytaxtı Banda Açex şəhərindən 431 kilometr və Malayziyanın paytaxtı Kuala-Lumpurdan 962 kilometr məsafədə yerin 33 kilometr dərinliyində olub.

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzinin məlumatına əsasən, yeraltı təkan İndoneziya, Şri-Lanka, Avstraliya, Pakistan, Somali, İran, BƏƏ, CAR, Sinqapur və digər ölkələrdə sunamiyə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti