...

Suriyada böhran dinlərarası münaqişənin deyil, hakimiyyətin despotizmi nəticəsində yaranıb - İƏT

Dünya xəbərləri Materials 13 Aprel 2012 13:29 (UTC +04:00)
Suriyada baş verən hadisələr dinlərarası münaqişənin deyil, suriyalıların qarşı çıxdığı hakimiyyətin despotizmi nəticəsində yaranıb.
Suriyada böhran dinlərarası münaqişənin deyil, hakimiyyətin despotizmi nəticəsində yaranıb - İƏT

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Tağıyeva/

Suriyada baş verən hadisələr dinlərarası münaqişənin deyil, suriyalıların qarşı çıxdığı hakimiyyətin despotizmi nəticəsində yaranıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əkmələddin İhsanoğlu Türkiyənin "Zaman" qəzetinə müsahibəsində bildirib.

"Müəyyən qüvvələr Suriyada baş verənləri dinlərarası münaqişə kimi təqdim etməyə çalışır. Əslində isə bu, suriyalıların despot rejimə qarşı üsyanıdır", - İhsanoğlu qeyd edib.

O vurğulayıb ki, İƏT Suriyadakı vəziyyətə istənilən xarici müdaxilənin edilməsinə qarşı çıxır. İhsanoğlu ümid etdiyini bildirib ki, Əsəd rejimi atəşkəs haqqında vədinə sadiq qalacaq.

Xəbər lenti

Xəbər lenti