...

Ermənistanda seçki məntəqəsində iki polis döyülüb

Dünya xəbərləri Materials 7 May 2012 01:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Yerevanın Şenqavit rayonunda bazar günü keçirilən parlament seçkilərinin zamanı seçki məntəqəsində iki polis döyülüb.

Ermənistan baş prokurorluğunun yaydığı məlumatda deyilir ki, Artur Kazaryan adlı şəxs sərxoş vəziyyətdə olarkən ictimai asayişi pozub. İki polis əməkdaşı Kazaryanı nizam-intizama dəvət etməyə çalışıb, lakin sonuncu polisləri döyərək onlara bədən xəsarətləri yetirib.

Hazırda Kazaryan saxlanılıb, ona qarşı "hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq edilməsi" maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti