...

İran tələbələrin sayına görə islam ölkələri arasında birinci yeri tutur

Dünya xəbərləri Materials 18 May 2012 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran tələbələrin sayına görə islam ölkələri arasında birinci, dünyada isə 10-cu yeri tutur. Bunu ölkənin təhsil, tədqiqatlar və texnologiyalar nazirinin müavini Hüseyn Nadirimənəş bəyan edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verib.

Nadirimənəş qeyd edib ki, ölkədə hər 100 min nəfərdən təxminən 5,5 mini ali məktəb tələbəsidir.

İranın Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4 milyondan artıq tələbə və 2282 universitet var. İslam inqilabına qədər İranda cəmi 223 universitet var idi.

Xəbər lenti

Xəbər lenti