Azərbaycan, Bakı, 22 may /Trend, müxbir T.Cəfərov/
Əfqanıstan Prezidenti Həmid Kərzai ABŞ-ın Çikaqo şəhərində NATO-nun sammiti çərçivəsində ukraynalı həmkarı Viktor Yanukoviçlə görüşüb. Görüşdə iki ölkə arasında ticari, siyasi və iqtisadi əlaqələr müzakirə olunub. Bu barədə Trend Əfqanıstanın Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, görüşdə prezidentlər həmçinin Ukraynanın Əfqanıstanda səfirlik açması, ukraynalı tacir və investorların Əfqanıstanda sərmayə yatırması və hər iki tərəfi maraqlandıran digər məsələləri müzakirə ediblər.