...

Ermənistan hakimiyyəti istefaya gedib

Dünya xəbərləri Materials 31 May 2012 13:15 (UTC +04:00)
Ermənistan hakimiyyəti istefaya gedib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər verir.
Ermənistan hakimiyyəti istefaya gedib

Azərbaycan, Bakı, 31 may /Trend/

Ermənistan hakimiyyəti istefaya gedib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər verir.

"Mən Prezidentə hökumətin istefası barədə bəyanat təqdim etmişəm və o dedi ki, biz yeni hökumət formalaşana kimi öz səlahiyyətlərimizi yerinə yetirməyə borcluyuq", - Ermənistanın Baş naziri Tiqran Sarkisyan hökumətin iclası zamanı deyib.

Ermənistan Konstitusiyasına görə, respublika prezidenti yeni seçilən Milli Toplantının ilk iclası günü hökumətin istefasını qəbul edir.

Dövlət başçısı Milli Toplantıda deputat yerlərinin bölüşdürülməsi və deputat fraksiyaları ilə məsləhətləşmələr əsasında deputatların əksəriyyətinin etimadını qazanan şəxsi Baş nazir təyin edir, əgər bu mümkün olmazsa, nisbətən daha çox sayda deputatın etimadını qazanan şəxs seçilir.

Respublika Prezidenti Baş naziri hökumətin istefası qəbul edildikdən sonra on gün müddətinə seçir. Hökumət Baş nazirin təyin olunmasından 20 gün sonra formalaşır.

Xəbər lenti

Xəbər lenti