Gürcüstan, Tbilisi, 3 iyul /Trend/
Gürcüstanın dağlıq regionunda, Rusiya ilə şimal sərhədində - Tuşetidə qar yağıb.
Bu, bütün Gürcüstanda havanın temperaturunun aşağı düşməsi ilə əlaqələndirilib. Bu barədə Trend-ə Havanın Monitorinqi Mərkəzindən məlumat verilib.
Tuşetidə havanın temperaturu 1-2 dərəcəyə qədər azalıb. Qar örtüyünün qalınlığı 10 santimetrdir.
Sinoptiklər yaxın üç gündə havanın temperaturunun Gürcüstanın qərbində və şərqində də aşağı düşəcəyini proqnozlaşdırırlar.