Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Tağıyeva /
Suriya Prezidenti Bəşər Əsəd ölkə ərazisinin yalnız 30 faizinə nəzarət edir. Bunu ölkənin keçmiş baş naziri, bu günlərdə müxalifətin tərəfinə keçərək İordaniyaya qaçmış Riyad Hicab bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verir.
Hicab Azad Suriya Ordusunu və Suriya müxalifətinin bütün qruplaşmalarını ölkədə rejimin dəyişməsi naminə birləşməyə çağırıb.
Onun sözlərinə görə, Hicab özü Əsədin devrilməsindən sonra hökumətdə heç bir vəzifəyə iddialı deyil.
Ölkənin keçmiş baş naziri Riyad Hicab müxalifətlə birləşərək ailəsi ilə birlikdə İordaniyaya qaçıb. O, cəmi iki ay əvvəl bu vəzifəyə təyin edilmişdi. Suriya hökumətinin daha iki naziri də onunla birlikdə ölkəni tərk edib.
Ötən cümə axşamı Bəşər Əsəd səhiyyə naziri Vail əl-Halkini Baş nazir təyin edib.