...

İran yaxın müddətdə Gmail-ə çıxışa icazə verəcək

Dünya xəbərləri Materials 28 Sentyabr 2012 15:46 (UTC +04:00)
İran tezliklə ölkədə Gmail poçt servisinə çıxışı bərpa edəcək. Trend-in IRNA agentlyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Hüquq Komissiyasının nümayəndəsi Məhəmməd Əli İsfani bildirib.
İran yaxın müddətdə Gmail-ə çıxışa icazə verəcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran tezliklə ölkədə Gmail poçt servisinə çıxışı bərpa edəcək. Trend-in IRNA agentlyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Hüquq Komissiyasının nümayəndəsi Məhəmməd Əli İsfani bildirib.

İsfani qeyd edib ki, Gmail-ə çıxış Youtube və Google saytlarının eyni serverlərdə fəaliyyət göstərməsi ilə bağlanıb, Youtube isə daha əvvəl peyğəmbər Məhəmməd (s.ə.s) haqqında antiislam filmin baxılmasına qadağan edilməsi səbəbindən bağlanılıb.

Çoxsaylı etirazlara baxmayaraq, "Müsəlmanların məsumluğu" filminə Youtube-da baxmaq mümkündür.

İranda Google və Youtube-a çıxış bir həftə əvvəl həmin film səbəbindən bağlanılıb.

Xəbər lenti

Xəbər lenti