Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Respublikaçılar Partiyasının namizədi Mitt Romni prezident seçkilərində məğlub olduğunu etiraf edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Romni seçkilərdə qalib gəlmiş hazırkı Prezident Barak Obamanı təbrik edib.
"Mən Obamaya telefon açdım və onu seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdim", - Romni Bostonda seçki qərargahında çıxışı zamanı deyib.