...

Gürcüstanın Baş naziri ABŞ-a səfərdən əvvəl Bakıya gəlmək niyyətindədir

Dünya xəbərləri Materials 22 Noyabr 2012 14:43 (UTC +04:00)
Trend-in məlumatına görə, Bidzina İvanişvili bu gün Tbilisidə mətbuat konfransında bəyan edib ki, ABŞ-a səfərinin vaxtı dəyişdirildiyinə görə, növbəti səfərinin Bakıya olacağı gözlənilir.
Gürcüstanın Baş naziri ABŞ-a səfərdən əvvəl Bakıya gəlmək niyyətindədir

Gürcüstan, Tbilisi, 22 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri növbəti səfərini Azərbaycana edə bilər.

Trend-in məlumatına görə, Bidzina İvanişvili bu gün Tbilisidə mətbuat konfransında bəyan edib ki, ABŞ-a səfərinin vaxtı dəyişdirildiyinə görə, növbəti səfərinin Bakıya olacağı gözlənilir.

"Bu səfər bizim Azərbaycanla əlaqələrimizi möhkəmləndirmək istəyinin sübutu olacaq. Hərçənd bu gün münasibətlərimiz çox yaxşıdır, amma biz onları daha da yaxşılaşdırmaq fikrindəyik", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti