Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Barak Obama ikinci dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başladı. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
Mərasim Ağ evdə yerli vaxtla saat 11:55-də başladı və günortaya yaxın bitdi. Məhz 20 yanvar 12:00-da ABŞ konstitusiyasına əsasən Obamanın birinci prezidentlik müddəti bitir.
Mərasimdə ancaq dövlət başçısının ailə üzvləri, administrasiyanın bəzi işçiləri və vitse-prezident Co Bayden iştirak ediblər.