...

Ermənistanda Rusiya HHM sistemləri yerləşdirilə bilər

Dünya xəbərləri Materials 22 Yanvar 2013 12:36 (UTC +04:00)
Rusiya ilə hərbi-texniki əməkdaşlıq haqqında saziş çərçivəsində Ermənistanda RF-nin hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirilə bilər.
Ermənistanda Rusiya HHM sistemləri yerləşdirilə bilər

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Rusiya ilə hərbi-texniki əməkdaşlıq haqqında saziş çərçivəsində Ermənistanda RF-nin hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirilə bilər. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" yazır.

"Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə hərbi-texniki razılaşmanın imzalanması onun sübutudur ki, Ermənistan regionda Rusiya Federasiyasının yeganə strateji tərəfdaşı olub və indi də belədir", - bu bir fikri Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Sıqanok "Armİnfo"nun müxbiri ilə söhbətində səsləndirib.

Onun fikrincə, bununla da Ermənistan daha ucuz qiymətə hərbi sursat alacaq, habelə öz ərazisində Rusiya HHM sistemlərinin yerləşdirilməsinə dair danışıqlar apara biləcək.

"İkincisi və əhəmiyyəti heç də az olmayan amillərdən biri Rusiyanın regionda mövcudluğunu vacib edən Suriyadakı vəziyyət və İran problemidir və bu da Rusiyanın tərəfdaşı olan Ermənistan tərəfindən təmin oluna bilər", - o qeyd edib.

Ekspertin fikrincə, Rusiya Prezidenti tərəfindən bu sazişin imzalanmasının sürətləndirilməsi habelə Rusiyanın vasitəçi olduğu və dinc nizamlanmasının tərəfdarı kimi çıxış etdiyi Qarabağ münaqişəsidir.

Eyni zamanda o deyib ki, Putinin belə tapşırıq verməsi, həmçinin Rusiyanın Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanı ölkədə keçiriləcək seçkilərdə dəstəkləməsinin dolayısı ilə sübutudur.

Xatırladaq ki, RF Prezidenti Vladimir Putin yanvarın 14-də Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafı haqqında müqavilənin imzalanması üçün danışıqların keçirilməsi barədə təklifi təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti