...

Ermənistanda prezidentliyə daha bir namizəd aclığa başlayır

Dünya xəbərləri Materials 25 Yanvar 2013 15:19
Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyan bu gün bəyan edib ki, əgər müxalif namizədlər bir cəbhədə çıxış etsələr, seçkilərin birinci turunda indiki prezidentə qalib gələcəklər.
Ermənistanda prezidentliyə daha bir namizəd aclığa başlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyan bu gün bəyan edib ki, əgər müxalif namizədlər bir cəbhədə çıxış etsələr, seçkilərin birinci turunda indiki prezidentə qalib gələcəklər.

Trend-in cümə günü Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ayrikyan əmin olduğunu bildirib ki, vahid cəbhədə çıxış etmək müxalifətə qələbə qazandıracaq.

"Birləşsək, böyük çətinlik olmadan qalib gələcəyik. Sarkisyan səslərin heç yarısını da toplaya bilməyəcək", - o qeyd edib.

Bununla belə, Ayrikyan kimin ətrafında və necə birləşməyi açıqlamayıb.

O, əlavə edib ki, digər namizəd Andrias Qukasyan ilə görüşüb və bildirib ki, onunla həmrəylik əlaməti olaraq bu gündən üçgünlük aclığa başlayır.

"Təəssüf ki, işlərimi yarımçıq qoyub onun yanında otura bilmirəm", - o qeyd edib.

Ayrikyan Qukasyandan üç gündən sonra birlikdə aclıq aksiyasını dayandırmağı və mübarizəni davam etdirməyi xahiş edib.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti