...

Serj Sarkisyan: "Biz o qədər az qalmışıq ki, daha yeri yoxdur"

Dünya xəbərləri Materials 30 Yanvar 2013 12:23 (UTC +04:00)
Ermənistan Respublika Partiyasının sədri, hazırkı dövlət başçısı Serj Sarkisyan Lori vilayətinə gedərək Alaverdi şəhərində seçicilərlə görüşüb.
Serj Sarkisyan: "Biz o qədər az qalmışıq ki, daha yeri yoxdur"

Azərbaycan, Bakı, 30 yanvar / Trend/

Ermənistan Respublika Partiyasının sədri, hazırkı dövlət başçısı Serj Sarkisyan Lori vilayətinə gedərək Alaverdi şəhərində seçicilərlə görüşüb. Trend-in məlumatına görə, bu barədə "7or.am" yazır.

Sarkisyan çıxışında emiqrasiya mövzusuna da toxunub. Onun sözlərinə görə, yaxın illər ərzində həll olunmalı olan əsas vəzifə repatriasiyadır.

"Biz o qədər az qalmışıq ki, daha yeri yoxdur. Lakin bu, təkcə dövlətin deyil, həm də hər birimizin problemidir. Biz müvafiq atmosfer yaratmalıyıq", - Prezident qeyd edib.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti