Azərbaycan, Bakı,11 mart /Trend/
Ermənistanın Konstitusiya Məhkəməsi prezidentliyə sabiq namizədlər Raffi Ovannisyan və Andrias Qukasyanın müraciətləri əsasında məsələni nəzərdən keçirib.Trend-in məlumatına görə, bu barədə "1in.am" xəbər verir.
Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, keçmiş namizədlər fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələrilə razılaşmırlar.
Məhkəmə işə baxaraq Andrias Qukasyanın indiki ölkə başçısı Serj Sarkisyanın məhkəmə tərəfindən şahid qismində cəlb edilməsilə bağlı iddiasını rədd etdiyini açıqlayıb.