...

İranda prezident seçkilərində iştirak etmək üçün daha iki namizəd sənədlərini verib

Dünya xəbərləri Materials 7 May 2013 11:37 (UTC +04:00)
İranda prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçmək məqsədilə daha iki namizəd - Məhəmməd Səidikiya və Kamran Bagiri Lənkarani sənədlərini təqdim ediblər.
İranda prezident seçkilərində iştirak etmək üçün daha iki namizəd sənədlərini verib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbirlər T. Cəfərov, E. Tariverdiyeva/

İranda prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçmək məqsədilə daha iki namizəd - Məhəmməd Səidikiya və Kamran Bagiri Lənkarani sənədlərini təqdim ediblər. Bu barədə Trend çərşənbə axşamı "Mehr" agentliyinə istinadən məlumat verir.

Saidikiya prezidentlər Məhəmməd Hatəmi, Əli Əkbər Haşimi Rəfsancani və Mahmud Əhmədinejadın dövründə Nazirlər Kabinetində təmsil olunub. 2005-2009-cu illərdə Saidikiya mənziil tikintisi və şəhər inkişafı naziri vəzifəsini tutub.

Lənkarani isə İranın keçmiş səhiyyə və tibbi təhsil naziridir.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb.

Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.

İranda 11-ci prezident seçkiləri 2013-cü il mayın 14-də keçiriləcək. Ölkədə prezident 4 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti