...

İranın təhsil naziri prezident olmaq istəyir

Dünya xəbərləri Materials 11 May 2013 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Cəfərov/

İranda Əhmədinejadın kabinetinin təhsil və təlim naziri Həmidrza Hacıbabayi prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bu barədə ISNA agentliyi məlumat verir.

Hacıbabayi fəlsəfə və ilahiyyat elmləri üzrə Tehran Azad Universitetinin məzunudur. O, bundan öncə İran Parlamentində nümayəndə olub. Hazırda Prezident Əhmədinejadın kabinetində təhsil və təlim naziri vəzifəsində çalışır.

Qeyd edək ki, mayın 7-dən İranda prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsinə başlanılıb. Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.

İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.

Ölkədə prezident 4 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti