...

İranın sabiq prezidenti Rəfsəncani seçkilərdə iştirak üçün qeydiyyatdan keçib

Dünya xəbərləri Materials 11 May 2013 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend. müxbir D.Xatınoqlu/

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçib. Bu barədə Trend ISNA agentliyinə istinadən şənbə günü məlumat verir.

Bundan əvvəl Rəfsəncani bildirib ki, o, prezident seçkilərində İranın Ali lideri ayətullah Əli Xamneyi razılıq verdiyi təqdirdə iştirak edəcək.

Həmçinin şənbə günü prezident seçkilərində iştirak üçün İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili, İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi və Prezident Dəftərxanasının rəhbəri İsfəndiyar Rəhim Məşaiyə qeydiyyatdan keçiblər.

Qeyd edək ki, prezidentliyə namizədlər mayın 7-dən 11-dək qeydiyyatdan keçəcəklər.

İranda prezident seçkiləri 2013-cü ilin iyun ayının 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti