...

Belarus Ermənistan kənd təsərrüfatı texnikasının yığılması üzrə birgə müəssisə yaratmağı planlaşdırır

Dünya xəbərləri Materials 13 May 2013 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Belarus və Ermənistan kənd təsərrüfatı texnikasının yığılması üzrə birgə müəssisə qurmağı planlaşdırırlar. Bu məsələ mayın 13-də Yerevanda Belarusun kənd təsərrüfatı və ərzaq naziri Leonid Zayatsın Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyanla görüşündə müzakirə edilib. Bu barədə Trend bazar ertəsi BELTA-ya istinadən məlumat verir.

Ermənistan tərəfi toxumçuluq, heyvandarlıq, mineral gübrələr və zəhərli kimyəvi preparatların tədürükü kimi sahələrdə əməkdaşlığa maraq göstərdiyini ifadə edib.

Karapertyan deyib: "Biz, həmçinin Belarus kənd təsərrüfatı texnikasını əldə etməkdə çox maraqlıyıq. Razılığa gəlmişik ki, bu il Ermənistanda kənd təsərrüfatı texnikalarının yığılması üzrə birgə müəssisə yaratmağa başlayaq".

Zayats Belarusun mövcud istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu təsdiq edib. Bundan əlavə, digər istiqamətlər üzrə də birgə müəssisələrin yaradılması imkanları da müzakirə edilib.

Ermənistandan Belarusa konserv sənayesi məhsulları, konyak tədarükü üzrə gələcək əməkdaşlıq barədə də qarşılıqlı maraq var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti