Azərbaycan, Bakı, 14 may /Trend/
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın müdafiə ordusunun hərbi hissələrinin birinin 19 yaşlı hərbçisi Raffi Maraşlyanın ölümünə dair iş üzrə bölük komandiri, kapitan Nazaryan həbs edilib.
Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, fakt üzrə cinayət işi qaldırlıb. Nazaryana qarşı Cinayət Məcəlləsinin vəzifəsindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və fəaliyyətsizlik maddələri üzrə ittiham irəli sürülüb.
Kapitanı 2-5 ilədək həbs cəzası gözləyir. Qeyd edək ki, Maraşlyan aprelin 19-da hələlik müəyyən edilməmiş şəraitdə güllə yarası alıb və yerindəcə ölüb.