Azərbaycan, Bakı, 16 may /Trend/
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin sıravi əsgəri David Xaçatryan ötən gün saat 15:30-da tabeliyində olan AKM markalı avtomatdan atəş açıb. Nəticədə sıravi Lyuks Stepanyan baş nahiyəsindən aldığı güllə yarası nəticəsində hadisə yerində ölüb, digər əsgər Qraçiya Sarkisyan baş nahiyəsindən yaralanıb. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Qraçya Sarkisyan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hərbi hospitalının reabilitasiya şöbəsinə çatdırılıb.
Ermənistan Müdafiə Nazirliyinin İstintaq İdarəsi faktla bağlı cinayət işi qaldırıb.
David Xaçatryan saxlanılıb.
Cinayət işi üzrə istintaq davam edir.