...

Dağıstanda gimnaziyada partlayış olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 20 May 2013 14:38 (UTC +04:00)
Dağıstanda gimnaziyada baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Dağıstanda gimnaziyada partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Dağıstanda gimnaziyada baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Qafqaz regional mərkəzinin mətbuat xidmətinin rəhbəri Kantemir Davıdov deyib.

O bildirib: "Bakı vaxtı ilə saat 13:24-də Axvax rayonunun Karata kəndindəki məktəb-gimnaziyada naməlum detonator partlayıb, yanğın baş verməyib".

FHN nümayəndəsinin sözlərinə görə, partlayışın baş verdiyi şərait dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti