...

Monserrat Kabalyenin konsertinin təşkilatçısı onun Xankəndindəki çıxışı barədə məlumatı təsdiqləməyib

Dünya xəbərləri Materials 22 May 2013 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend /

Bütün dünyada məşhur olan opera müğənnisi Monserrat Kabalyenin Yerevandakı konsertinin təşkilatçısı Vaahn Qevorkyan onun Azərbaycanın işğal edilmiş torpaqlarında konsertinin planlaşdırılmasına dair yayılan məlumatları təkzib edib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armenia" yazıb.

Daha əvvəl Ermənistan KİV-i məlumat verib ki, bütün dünyada məşhur opera müğənnisi Monserrat Kabalye Ermənistan Dövlət Gənclər Filormaniya Orkesteri ilə birgə Xankəndi və Yerevanda çıxış edəcək.

Qevorkyan bildirib: "Mən təşkilatçı kimi sizi əmin edirəm ki, Kabalyenin Dağlıq Qarabağda konsert verməsinə dair məlumatlar həqiqətəuyğun deyil".

Kabalyenin Yerevandakı konserti iyunun 9-da Spendiarov adına Milli Akademik Opera və Balet Teatrında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti