Azərbaycan, Bakı, 22 may /Trend/
Əfqanıstan Prezidenti Həmid Kərzai 2014-cü ilin aprel ayında vəzifəsindən getmək niyyətindədir. Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kərzai Hindistanda səfərdə olarkən deyib.
56 yaşlı Kərzai bildirib: "Mən haldan düşmüşəm və çox yorğunam".
Qeyd edək ki, o, 2004-cü ildən ölkəyə rəhbərlik edir.