Azərbaycan, Bakı, 25 may /Trend/
Ali şiə vaizində keçirilmiş axtarışla əlaqədar, minlərlə Bəhreyn sakini oturaq etiraz aksiyasında iştirak edib. Trend BBC kanalına istinadən məlumat verir.
Etiraz aksiyasına Vəfak müxalifət qrupu başçılıq edib. Həmin qrup BBC-yə müsahibəsində bildirib ki, vaizin evində aparılan axtarış ölkənin bütün şiə icmasını təhqir edib.
Müxalifət artıq hökumətlə sülh danışıqlarının dayandırması haqqında məlumat verib.
Ölkə əhalisinin təxminən 75%-ni şiələr təşkil edir, sünni azlığı isə dövlətə rəhbərlik edir.