Azərbaycan, Bakı, 30 may /Trend/
Berlində qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə memorial tikiləcək. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın tanınmış hüquq müdafiəçisi xanım Tes Hoffman deyib.
Hoffman Yerevanda ona Ermənistan Prezidentinin 2012-ci ilə görə mükafatının təqdimatı mərasimində bildirib: "Ümid edirəm ki, bu memorialın tikintisini Berlində başa çatdıra biləcəyik".
O qeyd edib ki, mükafatın məbləğinin böyük bir hissəsini memorialın tikintisinə ianə edəcək. Ümumilikdə, buna 140 min avro tələb olunur.