...

İstanbulda etiraz aksiyasının iştirakçıları və polis arasında toqquşmalar baş verib

Dünya xəbərləri Materials 11 İyun 2013 23:49 (UTC +04:00)
İstanbulun Taksim meydanında etiraz edənlər və polis arasında toqquşmalar baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən çərşənbə axşamı məlumat verir.
İstanbulda etiraz aksiyasının iştirakçıları və polis arasında toqquşmalar baş verib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İstanbulun Taksim meydanında etiraz edənlər və polis arasında toqquşmalar baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən çərşənbə axşamı məlumat verir.

Polis Atatürk mədəniyyət mərkəzinin yaxınlığında toplaşmış aksiya iştirakçılarına qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Hal-hazırda etiraz aksiyası davam edir.

Artıq on gündən çoxdur ki, Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkının yenidən qurmasına qarşı etiraz aksiyaları davam edir.

Bundan əvvəl baş nazir Rəcəb Tayyip Ərdoğan mitinqdə iştirak edənləri etiraz aksiyalarını dayandırmağa çağırıb.

Ərdoğanın sözlərinə görə, etiraz aksiyalarının davamı ilk növbədə dövlətə və ölkə vətəndaşlarına zərər vuracaq.

Xəbər lenti

Xəbər lenti