...

Ermənistan və Rusiyanın Xarici İşlər nazirlikləri məsləhətləşmələr aparıblar

Dünya xəbərləri Materials 14 İyun 2013 13:24 (UTC +04:00)
Ermənistan və Rusiyanın Xarici İşlər nazirlikləri Avropa Şurasında qarşılıqlı fəaliyyət barədə məsləhətləşmələr aparıblar.
Ermənistan və Rusiyanın Xarici İşlər nazirlikləri məsləhətləşmələr aparıblar

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Ermənistan və Rusiyanın Xarici İşlər nazirlikləri Avropa Şurasında qarşılıqlı fəaliyyət barədə məsləhətləşmələr aparıblar. Trend-in məlumatına görə, bu barədə cümə günü "Armenia Today" Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Məsləhətləşmələr Yerevanda Ermənistan XİN-nin Avropa İdarəsinin rəhbəri Armen Liloyan və Rusiya XİN-in Ümumavropa Əməkdaşlıq İdarəsinin rəhbəri İvan Soltanovskinin sədrliyi altında keçirilib.

Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) 123-cü sessiyasının nəticələri, Ermənistanın AŞNK-də sədrliyinin prioritetləri, AŞ-da islahatlar müzakirə edilib. Tərəflər, həmçinin AŞ PA və Nazirlər Komitəsi çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar.

Həmin gün rusiyalı qonağı Ermənistan XİN rəhbəri Edvard Nalbandyan qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti