...

İstanbulda baş vermiş hadisələrlə bağlı iki nəfər həbs edilib

Dünya xəbərləri Materials 20 İyun 2013 06:25 (UTC +04:00)
İstanbulun Gezi parkı ilə bağlı hadisələrdə iştirak edən beş şübhəlidən ikisi həbs edilib.
İstanbulda baş vermiş hadisələrlə bağlı iki nəfər həbs edilib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

İstanbulun Gezi parkı ilə bağlı hadisələrdə iştirak edən beş şübhəlidən ikisi həbs edilib. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Sərbəst buraxılan digər üç nəfərə qarşı nəzarət tədbirləri tətbiq edilib.

Məhkəmənin qərarına əsasən, Halil İbrahim Erol və İbrahim Halil Turan odlu silah haqqında qanunun pozulması maddəsi ilə həbs ediliblər.

Digər üç nəfərə xaricə çıxışa qadağa qoyulub və məhkəmə tərəfindən hər həftə qaldığı yer üzrə imza atması qərar verilib.

Gezi parkı hadisələri ilə əlaqədar keçirilmiş əməlıyyat tədbirləri nəticəsində ümumilikdə 20 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti