...

Qazaxıstanın neft və qaz naziri vəzifəsindən azad edilib

Dünya xəbərləri Materials 3 İyul 2013 13:05 (UTC +04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayev neft və qaz naziri Sauat Mınbayevi tutduğu vəzifədən azad edib.
Qazaxıstanın neft və qaz naziri vəzifəsindən azad edilib

Qazaxıstan, Astana, 3 iyul /Trend, müxbir D.Muxtarov/

Qazaxıstan prezidenti Nursultan Nazarbayev neft və qaz naziri Sauat Mınbayevi tutduğu vəzifədən azad edib. Trend-in məlumatına görə, bu barədə ölkə Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir: "Ölkə başçısının sərəncamı ilə Minbaev Sauat Məhmədbəylu digər işə keçməsi ilə əlaqədar olaraq Qazaxıstan Respublikasının neft və qaz naziri vəzifəsindən azad edilib".

Prezidentin digər sərəncamı ilə Qazaxıstanın neft və qaz naziri postuna Uzakbəy Karabalin təyin olunub.

Kabalin 2009-cu ildən bəri Qazaxıstan neft və qaz institutunun prezidenti postunu tutub.

Sauat Mınbayev 2010-cu ilin mart ayından etibarən Qazaxıstanın neft və qaz naziri vəzifəsini tuturdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti