...

Türkiyədə sürücülərin narkotikadan istifadə edib-etmədiyi yoxlanacaq

Dünya xəbərləri Materials 21 Avqust 2013 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend müxbir A.Tağıyeva/

Türkiyə yol polisi alkoqol testi ilə yanaşı sürücülərin narkotikadan istifadə edib-etmədiyini yoxlayacaq. Trend-in CNN Türk telekanalına istinadən yaydığı məlumata görə, bu məqsədlə Türkiyə Almaniyadan sürücülərin nə dərəcədə və hansı narkotik maddələrdən istifadə etməsini müəyyənləşdirən elektron cihazlar alıb.

Əgər sürücüdə narkotik vasitənin qəbulu müəyyənləşərsə o 5 il müddətində sürücülükdən məhrum olunacaq və 3600 lirə (1800 manat) cərimə olunacaq. Bildirilir ki, artıq bu gündən etibarən sürücülərin yoxlanmasına başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti