Gürcüstan, Tbilisi, 27 avqust /Trend, müxbir N.Kirtsxaliya/
Gürcüstan Prezidenti ölkə müsəlmanlarını dəstəkləyib. Çərşənbə axşamı Batumidə jurnalistlərə açıqlamasında Mixail Saakaşvili bildirib ki, o, Adiqensk rayonunun Çela kəndində (Gürcüstanın cənubu, Samsxe-Cavaxetiya) minarənin sökülməsindən hiddətləndiyini bildirib.
Saakaşvili hesab edir: "Gürcüstanda yüz minlərlə müsəlman, xaricdə isə milyonlarla müsəlman-gürcü yaşayır. Ona görə də onların dini hislərini təhqir etmək olmaz, bu yolverilməzdir və bunu edənlər qanun qarşısında cavab verməlidirlər".
Saakaşvili, həmçinin minarənin sökülməsinə razılıq verməyən Adiqensk rayonun həbs olunmasına öz etirazını bildirib.
Gürcüstanın bir sıra şəhərlərində minarənin sökülməsi ilə əlaqədar etiraz aksiyaları keçirilib. Aksiyanın keçirildiyi Çela kəndində 11 nəfər həbs edilib.