...

Abadan neft-kimya zavodunda yanğın baş verib

Dünya xəbərləri Materials 1 Sentyabr 2013 13:02 (UTC +04:00)
Abadan neft-kimya zavodunda bazar günü yanğın baş verib.
Abadan neft-kimya zavodunda yanğın baş verib

Azərbaycan, Bakı, 1 sentyabr / trend, müxbir T.Cəfərov /

Abadan neft-kimya zavodunda bazar günü yanğın baş verib. Trend MEHR agentliyinə istinadən bu barədə məlumat verir.

İlkin məlumatlara görə, bir nəfər yaralanıb və xəstəxanaya göndərilib.

Hadisə yerinə İran Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və şəhərin bütün yanğınsöndürmə briqadaları göndərilib.

Zavodda yeni partlayış ehtimalı var, agentliyin məlumatında deyilib.

Abadan şəhəri qara tüstü ilə örtülüb, agentliyin məlumatında bildirilib.

İlkin məlumata görə, yanğın qısaqapanma nəticəsində PVX kimyəvi preparatı anbarında baş verib, Abadan neft-kimya zavodunun rəhbəri Müslüm Rəhimi bildirib.

Onun sözlərinə görə, yanğın bazar günü səhər tezdən baş verib və yanğın artıq söndürülüb.

Yanğın neft-kimya zavodunun işinə təsir göstərməyib, Abadan şəhər merinin müavini Bəhram İlxaszadə bildirib.

Hal-hazırda yanğın zamanı dəymiş zərərin məbləği dəqiqləşdirilir və təhlükəsizliyin təmin olunması üzrə işlər aparılır, İlxaszadənin bildirib.

Abadan neft-kimya zavodu İranın ən köhnə zavodudur.

Zavod ildə 150 min ton məhsul istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti